BER TƏPƏCİKLƏRİ

en dairəsi istiqamətində bir-birinə paralel yerləşən düzgün formalı təpəciklər. Xəzəryanı düzənliyin cənub hissəsində və Volqa çayının deltasında rast gəlinir. бугры бэровские Baer's mounds
BER QANUNU
BERQŞRUND
OBASTAN VİKİ
Ber təpəcikləri
Ber təpəcikləri — Aşağı Volqa sahillərində,Volqanın deltasında və Xəzər sahili ovalıqda qum və ya gil yığınından ibarət uzunsov,hamar formalı təpəciklər. Adətən qərbdən şərqə doğru,bir birinə paralel uzanan bu təpəciklərin hündürlüyü 20-25 metr,uzunluğu isə 0.5-2 kilometr olur.
Ber
Ber (Alye)
Ber (fr. Bert) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03024. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 162 nəfər (15-64 yaş arasında) arasında 101 nəfər iqtisadi cəhətdən fəal, 61 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 62,3%, 1999-cu ildə 64,2%). Fəal olan 101 nəfərdən 78 nəfər (46 kişi və 32 qadın) işləyir, 23 nəfər işsizdir (14 kişi və 9 qadın). Fəal olmayan 9 nəfər arasında şagird və ya tələbə, 31 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ber qanunu
Ber qanunu — meridian istiqamətində axan böyük çayların Şimal yarımkürəsində sağ, Cənub yarımkürəsində isə sol sahilinin yuyulması səbəblərini izah edən müddəa. 1857-ci ildə eston alimi Karl Ernst fon Ber (1792–1876) həmin hadisənin Yerin öz oxu ətrafında fırlanmasından yaranan Koriolis təcilinin təsiri nəticəsində baş verdiyini göstərmişdir. Koriolis təcili ekvatorda sıfıra bərabərdir; ən böyük qiymətə qütblərdə çatır. Buna görə də Ber qanunu orta və yüksək enliklərdə daha aydın müşahidə olunur. Çay sahilləri axınların məcradan kənara çıxmasına mane olduğundan Ber qanununa müvafiq yuyulmaya məruz qalır. Nəticədə sağ sahillər adətən dik, sol sahillər isə yastı olur. Cənub yarımkürəsində sahillərin yuyulması prosesi bunun əksinədir. Dnepr, Don, Volqa, Ob, Yenisey, İrtış, Dunay və s. Cənub yarımkürəsində isə Parana, Paraqvay və s. çaylarda Ber qanunu daha yaxşı müşahidə edilir.
Ber çömçəxulu
Ber çömçəxulu (lat. Benthophilus baeri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Əsasən Orta və Cənubi Xəzərdə qeydə alınmış endemik növdür. Azərbaycan sahillərində Xaçmazdan Giləziyə qədər çoxsaylı, qalan hissədə isə azsaylıdır. == Morfoloji əlamətləri == D I-II, I 7-8, A I 7-dir. Birinci bel üzgəcində 1 şüa olur. Bədəni gödək, ön hissəsi xüsusən baş nahiyəsində enli və yoğundur. Ağzın küncləri arxasında dəri qırış əvəzinə dəri bığcıq vardır. Bədənin üst tərəfi, böyürləri və başı daha iri piramidaşəkilli və ulduzlu sümük tikancıqlarla örtülmüşdür. Belində və bədənin böyürlərində üç iri xal vardır.
Rene Lui Ber
Rene Lui Ber (21 yanvar 1874[…], VI arondisman (Paris) – 5 iyul 1932[…], Şamberi) — Fransa riyaziyyatçısı. Kəsilən funksiyaları öyrənmiş, kəsilmə nöqtələrinin təsnifatını vermişdir.
Ber-lez-Alp
Ber-lez-Alp (fr. Berre-les-Alpes) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Kommunanın sahəsi — 9,58 km², əhalisi — 1257 nəfərdir (2006) artım tendensiyası ilə: 1278 nəfər (2012), əhalinin sıxlığı 133,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1280 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1278 nəfər.
Buger-Lambert-Ber qanunu
Buger-Lambert-Ber qanunu — uducu mühitdən keçərkən monoxromatik işıq dəstəsinin intensivliyinin zəifləməsini müəyyən edir (çox vaxt Buger qanunu adlanır). == Haqqında == I0 intensivlikli işıq dəstəsi l qalınlıqlı uducu maddə təbəqəsindən (layından) keçərkən ''I=I0 exp(–kλl)' intensivliyinə qədər azalır; burada kλ– müxtəlif dalğa uzunluğu üçün müxtəlif olan udulma əmsalıdır. 1729-cu ildə Pyer Bugerin eksperimentlə müəyyən etdiyi bu qanunu 1760-cı ildə İ. H. Lambert sadə fərziyyələrlə nəzəri cəhətdən əsaslandırmışdır: z qalınlıqlı maddə təbəqəsindən keçərkən işığın intensivliyinin nisbi dəyişməsi dI/I= – kλ z tənliyi ilə müəyyən olunur. Bu tənliyin həlli Buger-Lambert-Ber qanunu adlanır. == Fiziki mahiyyəti == Qanunun fiziki mahiyyəti udulmanın (fotonitkisinin) maddədən keçən işığın intensivliyindən asılı olmamasıdır, lakin işığın çox böyük intensivliklərində qanun pozula bilər və bu halda 'kλ intensivlikdən asılı olur. 1852-ci ildə alman alimi A. Ber bu qanunu uducu olmayan həlledicilərdəki işıquducu maddə məhlulları üçün ümumiləşdirmişdir. == Məhlullarda tətbiqi == Məhlullar üçün udulma əmsalı kλ=χλC şəklində yazıla bilər; burada C – həllolunmuş maddənin konsentrasiyası, χλ – uducu maddə molekulunun λ dalğa uzunluqlu işıqla qarşılıqlı təsirini xarakterizə edən yeganə konsentrasiyalı məhlulun udulma əmsalıdır və konsentrasiyadan asılı deyildir. Ber düsturu vasitəsilə udulmanı ölçməklə kimyəvi analizi mürəkkəb olan maddələrin konsentrasiyasını tez təyin etmək olur, lakin uducu maddənin konsentrasiyası kifayət qədər böyük olduqda bu düsturdan kənara çıxmalar müşahidə edilir.